Sərhədləri Bulanıqlaşdıran Memar… Sou Fujimoto

      Sərhədləri Bulanıqlaşdıran Memar… Sou Fujimoto

IF

 

Müasir memarlığın ən əhəmiyyətli memarlarından biridir 43 yaşındakı  Yapon memar Sou Fujimoto. Qeyri adi memarlıq tərziylə adından söz etdirməyi bacarmışdır. Şəffaflıq və yüngüllüyü ön planda tutduğu maraqlı layihələri çox zaman “Burada necə yaşanıla bilərki?” sualını ağıllara gətirir. Məsələn, ağ çubuqlardan ibarət bir avtobus dayanacağı və ya çölü ilə içərisinin ayırd edilə bilmədiyi bir ev düşünün … Yəni Fujimoto’nun memarlıq düşüncəsi bizlərə “bütün bildiklərinizi unudun” deyir.

 j

Sərhədləri aşan layihələrin memarı Fujimoto, əslində heç vaxt memar olmağı düşünməmişdir. Uşaq yaşlarından Antoni Gaudinin işlərindən çox təsirləndiyini etiraf edir. Daha sonralar Tokya universitetində fizika oxumağı planlaşdırsada yolu memarlıqla kəsişir. Memarlıq fakültəsindən məzun olduqdan sonra ilk işini psixiyatris atası tərəfindən alır. Uşaq psixiatriyası Reabilitasiya Mərkəzi layihəsi. Ağ kublardan bir çoxluq kimi hazırladığı bu layihə medianın marağını çəkmiş və kariyerası beləcə başlamışdır.

       Mən arada qalmış məkanları yaratmağı sevirəm”

Parisdə Fiac İncəsənət Sərgisi üçün metal kublar və bitkilərdən ibarət quraşdırma.
Parisdə Fiac İncəsənət Sərgisi üçün metal kublar və bitkilərdən ibarət kompazisiya.

Fujimoto’nun maraqlı dizaynları bildiyimiz sərhədləri aşaraq fərqli bir məkan qurğusu yaradır. Ona görə təbii-süni, içərisi-çölü, sadəlik-mürəkkəbliyi, kiçik-böyük arasındakı sərhədlər əhəmiyyətli deyil, “mən arada qalmış məkanları yaratmağı sevirəm” deyir. Öz memarlıq tərzini “primitiv gələcək” olaraq adlandıran Fujimoto, dizaynlarını mağara tərzi məkanlarla əlaqələndirir. Mağaralar kimi təbii şəkildə meydana gəlmiş məkanların forması onu həyəcanlandırır. Yəni bir şəkildə formasız formalar olaraq adlandırır işlərini.

k
HOUSE NA

Bu qədər iddialı amma eyni zamanda nəif düşüncənin məhsulu dizaynlarının müştərilər tərəfindən necə qarşılandığı isə çoxumuzda maraq oyandırır. Xüsusilə Yapon evləri dizaynlarıyla tanınan Fujimoto “Yaponiyada insanlar satış dəyəriylə maraqlanmır” deyir. Bu səbəblə insanların gündəlik həyatı üçün daha rahat məkanlar yaratmaq istədiyini ifadə edir. Yəni əslində insanları o məkanla əlaqələndirəcək yeni yollar tapması memarın işlərini xüsusi edir. Fujimoto, dizaynlarıyla da bir baxıma “məkan ilə məhrəmiyyət arasındakı sərhədlərin bulanıqlaştığı çox da uzaq olmayan bir gələcəkdə, insanlar necə məkanlarda yaşayacaq?” sualının cavabını verir.

     “Memarlıq ilə təbiət arasında daha azad hərəkət edə biləcəyimizə inanıram”

Fujimoto’nun işlərində qarşıya çıxan əhəmiyyətli xüsusiyyətlərdən biri isə təbiət ilə memarlıq arasında kəskin xəttlərin olmamasıdır. Təbii elementləri layihələrində tez-tez istifadə edən memar, onları bir dekor elementi kimi deil məkanın bir parçasıymış kimi görür. Təbiət və məkan arasında olan sərhədləri bulanıqlaşdıran layihələri ilə Sou Fujimoto yaddaşlara adını yazmağı bacarmışdır.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s