Bir Məkan Şairi… Jean Nouvel

 Əgər bir layihə eyni anda on minlərlə fərqli layihə ola bilirsə, bundan xoşbəxtlik duyaram.

Jean Nouvel

2ec1f5a0efacb72dcd07ba341509d4ac

Jan Nouvel, 1945-ci ildə cənub-qərb Fransanın Fümel şəhərində, bir tarix müəllimi ata və bir ingilis dili müəllimi ananın oğlu olaraq dünyaya gəldi.Professorlarından biri ona şəkil çəkməyi öyrətdiyində və onu incəsənətlə tanış etdiyində 16 yaşında idi. O zamana qədər ana və atası, riyaziyyat və xarici dillərdəki təhsilinə çox əhəmiyyət verirdi. Nouvel; ana və atasının, karierini təhsil və ya mühəndisliyə doğru istiqamətləndirdiyini hiss etməyə başladı və bütün cəsarətini yığıb ailəsinə Beaux Arts məktəbinə girmək istədiyini deyəndə, istədiyi icazəni ala bilmədi. Nəhayət, memarlığı seçərək ailəsiylə birgə ortaq bir qərara gəldilər.

Bordeaux’dakı bir məktəbə giriş  imtahanını qazanana bilməsədə 20 yaşına gəldiyində Parisə gedərək Beaux Arts’a girmək üçün təşkil edilən bir yarışmada birincilik mükafatını aldı. Bir tərəfdən məktəbə gedib bir tərəfdən də pul qazanmaq üçün Claude Parent və Paul Virilio’nun memarlıq ofisində işə başladı.Nəhayət, 1994-cü ildə Michel Pélissié ilə indiki firması “Ateliers Jean Nouvel” i açdı. Bu gün Parisdə olan mərkəz ofisində 140 adam işləyir və Fransanın ən böyük memarlıq firmalarından biridir.

Layihənin məzmunundan, proqramından və bölgəsindən təsirlənən Nouvelin bənzərsiz yanaşması, müvəffəqiyyətli olduğunu dünyanın müxtəlif yerlərində dəfələrlə sübut etdi.

Nouvelin dünya səviyyəsində tanınan ilk əsəri, Parisdəki “Institut du Monde Arabe (IMA)” oldu.

b2a66272c2a1c53261b5c223938d706e

Ərəb Dünyası İnstitutunun ən maraq çəkən xüsusiyyətlərindən biri də bir cəbhəsini tamamilə örtən mexaniki gözlər. Fotoelektrik hüceyrələrlə çalışan bu mexaniki gözlər, işıq səviyyəsinə görə avtomatik olaraq açılır və bağlanır.

4fcf6b3788855c70049d4c3cb17ec170

İlk olaraq 1981-ci ildə, Fransa prezidenti Francois Mitterand tərəfindən başladılan bir layihələr ardıcıllığına bağlı olan IMA, 1987-ci ildə tamamlandı. Bu böyük binanın içində bir muzey, kitabxana, müvəqqəti sərgi sahələri, sənədləşdirmə mərkəzi, auditoriyalar və bir teras restoranı var.

Jean Nouvelin bir digər gözəl proyekti; Minneapolis, Minnesota’da olan Guthrie Teatrıdır.

06aa80260d6383309582f90ded210ca8

Teatr şəhər və yaxınındakı Mississippi çayı ilə uyğunlaşaraq, dramatik bir ifadə və sanki təbiətin ovsunlayıcı dünyasını da əks etdirir. Bu dramatik ifadə təsadüfi deyil. Nouvel ümumiyyətlə memarlığını bir kino rejisorluğu ilə qarşılaşdırmışdır. Memarlıq və kinonun bir-birinə çox yaxın sahələr olduğunu söyləyir və eynilə kino kimi memarlığında bir zaman və hərəkət ölçüsündə var olduğuna inanır.

Pritzker münsifi Jean Nouvelin mükafatını aşağıdakı təriflərlə təqdim etmişdir: “Memar Jean Nouvelin karierini ifadə etmək üçün istifadə edilə bir çox cümlədən ən əhəmiyyətlisi ; Onun yeni fikirləri cəsarətlə qovmasını və memarlıq sahəsindəki sərhədləri genişləndirmək üçün qəbul edilən normalara meydan oxuyuşunu vurğulamaq olardı.

Avropanın ən uzun binası olaraq hazırlanan Parisdəki 400 metr yüksəkliyindəki “Sonsuz Qüllə” layihəsi, şəhərin simasını dəyişdirəcək layihələrdən biri idi.

4cc26a4fd0a22545eac5485f134865f3

Layihənin əhəmiyyəti “binanın yuxarı çıxdıqca  dəyişən materialının olmasıdır: qranitdən alüminiyuma, paslanmayan polada və şüşəyə doğru dəyişir və sanki buludların arasında yox olur. Nouvelə görə qüllənin forması, Barselona yaxınlığında bir dağ olan Montserrat’tan ilham alınaraq hazırlanmışdı. Lakin, mənzil bazarındakı durğunluq səbəbiylə heç bir zaman inşa edilmədi.

22211ea7ce843c99fd61cacf77c04642
Luvr Muzeyi, Abu Dhabi
a7fed6199b4a447cf232a3bb6ec464d4
100 11th Avenue

Jean Nouvelin memarlıq dili imza atdığı hər proyektdə fərqli detallarda və fərqli formalarda özünü göstərərkən, bir tərəfdən də özünü hər dəfə təkrardan var etməkdədir. Qısaca deyilə bilər ki, memarlığında bu sabit amma eyni zamanda da dəyişən tutum, Nouvelin memarlıq cəsarətinin və azad düşüncələrinin əsasını meydana gətirməkdədir. Öz sözlərində də ifadə etdiyi kimi: “Tənqidçilər məni, şəkillərdən çox sözlərlə çalışan konseptual bir memar olaraq təyin edirlər. Mən şəkilə etibar etmirəm, çünki yaradıcılıq prosesində bəzi detalların gərəyindən tez qərarlaşdırılıb sabitləşdirilməsinə səbəb olur. Məncə memar olmaq bir şeylər söyləyə bilmək deməkdir. “


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s