Ludwig Mies Van der Rohe 27 Mart 1886-cı ildə Almaniyanın Aachen şəhərində anadan olub. Memar olmağa qərar verib.

1908-ci ildə Peter Behrens Studiyalarına qatılmadan əvvəl daş oyma sənəti ilə məşğul olan atasının yanında çalışdı.
Daşları üst-üstə yerleştirmesini öyrənərək.
Onun, saf formalara və təbii materiallara olan dərin bağlılığı, yəqin ki, bu erkən təcrübəsindən irəli gəlməkdədir.
Özünün, memarlıq təhsiliylə əlaqədar olaraq belə demişdir:
«Rəsmi bir memarlıq təhsilim olmamışdır. Bir neçə yaxşı memarın yanında çalışdım və bir neçə yaxşı kitab oxudum. Hamısı bu qədər! »
BARCELONA PAVİLİON
Davamlı və axıcı bir xarakterdə olan daxili məkan, xarici divarlar tərəfindən
dayandırılmamış, xaricə sıçramış və xarici məkanla birləşmişdir.
Mies Van der Rohe”nin bu fikirləri, ilk olaraq, 1929-ci ildə Barselonada inşa edilən Alman
pavilyonunda reallaşmışdır.Pavilyon 1938-ci ildə söküldü və daha sonra 1986-cı ildə yenidən inşa edildi.
Kolonlarla dəstəklənən düz bir dama sahib olan pavilyonun daxili divarlarında şüşə və mərmərdən istifadə edilmişdir. Bu divarlar quruluşu desteklemedikleri üçün hərəkət edə bilərlər. Mies’in digər layihələrində də müşahidə edilən “boşluq, həcm, kosmos” anlayışı bu Pavilyon’da da diqqətə çarpandır.
FARNSWORTH Evi
1951-ci ildə tamamlanan müasir memarlığın əhəmiyyətli nümunələrindən olan və tamamilə şüşə olan bu forma; Dr. Edith Farnswort üçün inşa edilmişdir. Mies van der Rohe, bu dizaynı Çikagonun cənub-qərbində həftə sonu istirahət evi olaraq dizayn etdi.

Farnsworth Evi Mies van der ROHe’nin imzası kimidir. Bu quruluş monumental dəyərə sahibdir.Mies ‘in yalın estetik fikrinin parlaq nümunəsidir Farnsworth Evi. Modernizmin bütün ideal prinsiplərini bu nümunədə tətbiq olunmuşdur.

Daxili məkan misli görülməmiş bir şəffaflıqla işlənilmişdir. Mies’in bu əsərlə ortaya çıxan final müvəffəqiyyəti daha sonrakı otuz ilə istiqamət verən memarlıq düşüncələridir.
Görünməz divarlar, yanmaz dam örtüyü, böyük bir vizual aydınlıq, ola bildiyi qədər ən böyük açıqlıq ən əhəmiyyətli xüsusiyyətləri olaraq tanınmaqdadır memarın bu əsəri.
Mies, eyni mənanın çərçivələri daxilində, müxtəlif əsərlər yaratdı.Mies, 50 yaşlarında, siyasi səbəblərlə Avropanı tərk edib Amerikaya getdi və oraya yerləşdi. «Nəyi və necə» inşa edəcəyini artıq yaxşı bilirdi.Fikirlərini reallaşdıra biləcəyi çox əlverişli bir mühit tapdı və geniş ölçüdə bir işlə vəzifələndirildi: İ.I.T. (Illinois Institute of Technology) Şəhərciyini layihələndirmək.
Bruno Taut and Hugo Haring kimi Alman memarlar onun işlərini şəffaf və üzvi memarlıqda bir inqilab olaraq adlandırmışlar.
1923 sonunda Mies’in stilində dəyişmələr oldu və Rus memarlığındakı üstünlüklərdən təsirləndi.

Filosof St. Augustine’in «Gözəllik həqiqətin aynasıdır » deyimi, Mies’in düşüncələrinin formalanmasında əhəmiyyətli bir faktor oldu.O, 1920-ci illərdə, həqiqəti və gözəllik duyğusunu ölçülərdə, nisbətlərdə və ritmlərdə tapmışdır. Sonra da, konstruksiyanın quruluş sənəti olduğunu kəşf etdi.
