Memarlıq və Musiqi

Memarlıq və musiqi arasında bir əlaqənin olduğu hər zaman  fərz edilir. Hətta bu əlaqə ilə bağlı bir sıra riyazi hesabatlar belə inkişaf etdirilmişdir.Musiqidə belədir; hər hansı bir səs tonun ardıcıl səslənməsi musiqi səsi əmələ gətirir. Istənilən səs tonu arasındakı eyni adlı intervalların tezlik nisbəti həmişə eyni olur. Musiqiçilər daha yaxşı bilərlər ki, fortepianoda iki yanaşı dil arasında ki, tezlik nisbəti həmişə 1,059-dur.

Belə xətti ölçülər nisbətinə memarlıqdada rast gəlmək mümkündür. Bütün tağbəndlər, günbəzlər, stalaktitlər, ornamentlər ilk baxışdan mürəkkəb görsənsə də, hər biri dəqiq ölçülər və bölgülər nisbətində qurulub. Və son olaraq binanın bütün element və detalları bu nisbətə əsasən tarazlaşdırılıb. Belə ölçülər nisbəti memarlıqda “modul” adlanır. Maraqlıdır ki, həmin ölçülər nisbəti müasir musiqi qammasındada mövcuddur.

Bəs necə olur ki, tezlikləri bərabər olan kiçik səs tonları musiqi içərisində eyni kökdə səslənir?

Bunun üçün memarlığa müraciət edək, Bakıdakı Şirvanşahlar Saray ansamblına nəzər salaq. Təqribən bir hektarlıq ərazini tutan  bu kompleksin tərkibində; saray, divanxana, minarəli saray məscidi,Seyid Yahye Bakuvinin məqbərəsi, hamam, ovdan və s. tikililər hər biri, ümumi kompozisiyası, həcmlərin miqyası, formaların ahəngi tarazlıq təşkil edərək, insanı heyrətləndirir.

5b9163d8b45e495dd3a97c2efd8b9340

 

Adama elə gəlir ki, əgər kompleksin hər hansı bir formasını götürsək, ansamblın mövcud olan ahəngi,tarazlığı pozula bilər. Kompleksin müəyyən vaxtlarda ucaldılmış imarətləri arasında elə bir kompozisiya bağlılığı varki, bir kiçik elementin götürülməsi və ya olmaması ümumi harmoniyanın pozulmasına səbəb olar.

Bəs , memarlıq və musiqinin təməldə bir-birinə bənzəyən xüsusiyyətləri nələrdir?

Memarlıqda da musiqidə də bir harmoniya vardır, parçaların bir-birinə uyğunlaşması, bir-birinin içindən doğularaq axışı vardır.

Memarlıqda da musiqidə də təməl atmaq lazımdır: Sol majör bir əsər ilə fa majör əsər nəzəriyyədə eyni olsa da fərqli duyğular verərlər. Bu səbəbdən siz bəstələmək istədiyiniz musiqi əsərinin əvvəl qəminə qərar verərsiniz. Bu musiqinin təməlini meydana gətirər. Eynilə memarlıqda istədiyiniz quruluşa çatmaq üçün əvvəlcə təməl atmanız kimi. Yəni musiqidəki qəm, memarlıqdakı təməl kimidir.

Sonra seçdiyiniz qəm içində bir sıra başqa səslərə gedib gəlməyə başlarsınız. Bunlar uyğunlaşma içərisində olduğu qədər kontrast elementlər də daşıya bilərlər. Nəticədə bir musiqi əsəri ortaya çıxar. Memarlıqda da təməlin üzərinə divarlar hörülər, bütün elementlər bir-birinin üzərindən yüksələr  və quruluş çıxar ortaya. Məsələn “bridge” termini, melodiyanın iki hissəsi arasındakı keçişi təmin edər, memarlıqda da dördbucaqlı bir formadan dairəvi bir formaya keçiş etdikdə arada qalan boşluqları stalaktitlə həll etməyin mümkünlüyünü vurğulayıb, bunu da bir bənzərlik olaraq görə bilərik. . Əhəmiyyətli olan musiqidə də memarlıqda da bu bəzəmələrin, o əsərə yadlaşmadan, əsərlə inteqrasiya olunmasıdır.

Ayrıca necə ki musiqidə hər əsərin bir can alan nöqtəsi olursa, digər melodiyalar sizi o can alan nöqtəyə doğru aparırsa, memarlıqda da bunun belə olduğunu düşünürəm. Edilən bir çox element sizi bir nöqtəyə doğru aparar məsələn.

Hər iki sənət sahəsi də kollektivdir. Hazırladığınız layihə tətbiq olunmadan bir məna daşımır və tətbiq əsnasında işini yaxşı edən bir çox adama ehtiyac vardır. Musiqidə də məsələn bəstəni özünəməxsus şəkildə yaxşı ifa edəcək bir musiqiçiyə  ehtiyac var. Burada köməkçi işçilərin ustalığı da işə əks olunar. Hətta onların daxili dünyasının belə işə əks olunduğunu düşünürəm mən.  Məsələn : Binanın pəncərələrini edən iki ayrı adam hər pəncərəyə öz ruhunu qatar. Eyni pəncərə olmasına baxmayaraq ikisinin ləzzəti az da olsa fərqli olar. Eyni ilə bir bəstəni iki fərqli musiqiçidən dinlədiyinizdə, fərqli şeylər hiss edə bilərsiniz.

Musiqi və memarlığın zamana əlaqədar bir ortaqlığı da var. Sevilən məhsullar zamanla itirilmir.   Məsələn Bachın 500 il əvvəl yazdığı musiqilər bu gün də dinlənilir, 500 əsr əvvəl edilən Barokko üslubunda tikililər hələdə istifadə edilir.

Memarlığın da musiqinin də vəsaiti demək olar ki eynidir. Taxtadan pəncərə edilə biləcəyi kimi, gitara da edilə bilər məsələn.

Bəs bu iki sənətin fərqlilikləri nələrdir?

Memarlıqda öz istədiyini edə bilməzsən, arada müştəri var, bələdiyyə var. Yəni memarlıq xarici faktorlardan musiqiyə nisbətən  daha çox asılıdır. Amma musiqi daha azad bir sahədir. Ayrıca musiqi sərhəd tanımır. Dünyanın bir ucundan digər ucuna musiqi çatdırıla bilir. Bir də bir mahnı təkrar təkrar edilə bilərkən, bir binanı bir dəfə edə bilərsiniz.

Quruluş necə ki bizə səsi hiss etdirirsə, əslində səs də memarlığı hiss etdirə bilərmi?

Gələn səsə görə biz, əks olunmalardan qaynaqlı olaraq səsin haradan və necə bir yerdən gəldiyini ayırd edə bilirik.

Texnologiya sayəsində bir çox səslər əldə edə bilirik. Məsələn hər hansısa bir stadionla bağlı səs yazması bizdə, sanki stadiondayıq kimi bir hissi oyada bilər. Lakin əslində bunların da həqiqət duyğusu bir yerə qədərdir.

Kinoda da belə bir şey mövcuddur. Səsli çəkiliş edilən filmlərin dadı bir başqa olar. Çünki çəkiliş əsnasında aradan keçən bir avtomobilin səsi, küləyin səsi bizə o məkanı daha yaxşı hiss etdirər. Lakin səsli çəkiliş edilmirsə məsələn, çəkilən səhnənin üzərinə studiyada yazılan tərtəmiz səslər əlavə olunur. Başqa bir səhnə dəniz kənarında keçsə də bir dəfə belə dalğa səsi eşidilmir. Halbuki səs, ekoloji faktorlarla məna qazanır.

Memarlıqda bir ünsür olaraq “səs” necə tətbiq olunur?

Quruluş, səsi də təyin edir əslində. Yəni səs, yaradılan həcmlərdən təsirlənir.  Səs, çıxdığı halıyla eşidilmir, otağın həcmində başqa səslərə çevrilir. Səsin bu dəyişməsi quruluşun ölçülərinə,istifadə edilən materialların növünə bağlıdır və bundan asılı olaraq hər bir mekanın iç səsləridə fərqlidir. Məsələn, böyük bir ictimai mərkəz layihələndirdiyinizi fikirləşin. Və oradakı səsləri beyninizdə canlandırın. Uşaqlara aid guşe yaradıb məkana uşaq səsləri əlavə edin. Yerin döşəməsini mərmər etsəniz başqa, taxta etsəniz başqa addım səsləri əldə edəcəksiniz, onu düzgün seçib bəstənizə əlavə edin. Təbiət səslərini də məkana qatın, qapıların materialına və mexanizminə görə dəyişən səs tonlarına diqqət edərək məkanı necə dəyişəcəyini gözünüzün qabağına gətirin. Bir sözlə kompozisiyalarınıza fərqli notlar əlavə edərək beyninizdə məkanı 4 ölçülü canlandırın, tək 3 ölçülü forma və rənglərlə kifayətlənməyin, ən xırda detail belə düşünün inanın kı , bunun verdiyi həzz və motivasiya layihənin mükəmməl həllinə aparacaqdır. Bir şeyi yaddan çıxarmayın ki, layihəsini verdiyiniz memarlığın bəstəkarı sizsiniz və bina durduqca sizin simfoniya eyni notlarla davam edəcək, ən düzgün notları seçdiyinizə əmin olun.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s